Vətən müharibəsi qazisinə MEDİA-da vəzifə verildi

Vətən müharibəsi qazisinə MEDİA-da vəzifə verildi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) yeni kadr təyinatı olub.

"Report"un əldə etdiyi məlumata görə, Vətən müharibəsi qazisi Dilavərzadə Vasif Rasif oğlu Medianın İnkişafı Agentliyində işlə təmin olunub.

Qeyd edək ki, Sumqayıt şəhər sakini olan kapitan Vasif Dilavərzadə 44 günlük Vətən müharibəsindəki şücaətlərinə görə "Vətən ugrunda”, "Cəbrayılın azad edilməsinə görə”, "Kəlbəcərin azad edilməsinə görə” medallarına layiq görülüb. O, həmçinin "10 illik qüsursuz xidmətə görə” və "Silahlı Qüvvələrin 100 illiyi” medalları ilə təltif edilib.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR