​Vergilər naziri Oğuzda vətəndaşları qəbul edəcək

​Vergilər naziri Oğuzda vətəndaşları qəbul edəcək

Fevralın 25-də vergilər naziri Fazil Məmmədov Oğuz rayonunda Oğuz, Şəki və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

Aktual.az  xəbər verir ki, qəbul Heydər Əliyevprospekti 1, ünvanında yerləşən Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında baş tutacaq.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Adları yuxarıda qeyd edilən rayonlardan olan və qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 10 saylı Ərazi Vergilər İdarəsi və Şəki rayonu vergi ödəyicilərinə xidmət mərkəzi vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR