Venesuelada etirazlar zamanı saxlanılanların sayı 791 nəfərə çatıb

Venesuelada etirazlar zamanı saxlanılanların sayı 791 nəfərə çatıb
  • DÜNYA

 Venesuelada etirazların gedişatında saxlanılanların sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, belə iddia ilə "Venesuela Cinayət Forumu" qeyri-hökumət təşkilatının icraçı direktoru Alfredo Romero özünün "Twitter" səhifəsində bildirib.
O, qeyd edib ki, yanvarın 21-dən davam edən etirazlar zamanı saxlanılanların sayı 791 nəfərə çatıb.
"Venesuela Cinayət Forumu" yanvarın 27-ə qədər nümayişlərlə əlaqədar 791 saxlanılmanı qeydə alıb. Yalnız 23 yanvarda 632 nəfər saxlanılıb", - deyə Romero qeyd edib.
Daha əvvəl aksiyalarda 500 nəfərin saxlanıldığı bildirilirdi.
Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR