"Uşağın gözündə, sağ kürəyində qamçı izləri və sıyırıqlar aşkar edilib" - Rəsmi açıqlama


Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl küçədən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Yağmurda (ad şərtidir) cinsi zorakılığa sövq olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə AzNews.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Əvvala onu deyim ki, bu uşağın 5 yox, 3 yaşı var. Uşağın vəziyyəti ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılıb. Araşdırmalardan məlum olub ki, uşaq daha çox anası tərəfindəb döyülüb. Uşaq məhkəmə tibbi ekspertizadan keçirilib. Ekspertizanın rəyində həmin 3 yaşlı uşağın gözündə, sağ kürəyində qamçı izləri və sıyırıqlar aşkar edilib. Bunlar da sağlamlığa zərər olmayan xəsarətlərdir.”

Orxan Mansurzadə qeyd edib ki, araşdırma zamanı toplanan materiallar hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib.
 
Aktual.az
Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR