Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycanın 40-dan çox (44 – red.) rəsmisi haqqında sanksiya layihəsinin arxasında erməni lobbisinin dayandığı ortaya çıxıb.
Aktual.az xəbər verir ki, bu, "Ay Data”nın mərkəzi aparatının yaydığı məlumatda ortaya çıxıb.
Bildirilib ki, "Ay Data”nın tərkibində fəaliyyət göstərən Ermənistanın Ədalət və İnsan Hüquqları üzrə Hüquq Mərkəzi (ALC) Azərbaycanın 40-dan çox rəsmisinə qarşı Qlobal Maqnitski sanksiyalarının tətbiqini təmin etmək üçün ABŞ Dövlət Departamentinə və Maliyyə Nazirliyinə ərizə təqdim edib.
Vurğulanıb ki, görülən işin ilk nəticəsi konqresmen Dina Titusun ABŞ Nümayəndələr Palatasına təqdim etdiyi qanun layihəsidir.
Bununla da məlum olub ki, konqresmen Dino Titusun Azərbaycanın bəzi zabit, hakim və məmurlarına qarşı sanksiya "təklifi” özünün deyil, o yalnız hazır sənədə imza atmaqla, erməni sifarişi yerinə yetirir.
Xəbər 1562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR