Uşağa görə verilən pul ARTIRILACAQ

Uşağa görə verilən pul ARTIRILACAQ

Üç yaşınadək uşağa qulluğa görə verilən müavinət artırıla bilər.
Aktual.az-ın məlumatına görə, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən sosial müavinətin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.
Məqsəd azyaşlı uşaqları olan ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsidir.
Qeyd edək ki, sığortaolunanın qismən ödənişli sosial məzuniyyət əmri sığortaedən tərəfindən "Əmək və məşğulluq" altsistemində yaradıldıqda sığortaolunana üç yaşınadək uşağa qulluğa görə müavinət qanunvericiliklə müəyyən olunmuş məbləğdə avtomatlaşdırılmış qaydada təyin edilir.
Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək ona qulluğa görə isə 28 manat müavinət ödənilir.
Əlilliyi olan üç yaşınadək uşağa qulluğa görə müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinət məbləğinin ikiqatı miqdarında verilir.
Uşaq üç yaşına çatanadək öldüyü halda müavinətin verilməsi uşağın öldüyü gündən, habelə sığortaolunanın öz xahişi ilə qismən ödənişli sosial məzuniyyət dövründə əmək müqaviləsinə xitam verildiyi və ya məzuniyyətdən öz arzusu ilə işə qayıtdığı tarixdən müavinətin verilməsi dayandırılır.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR