Ukraynanın məşhur klubu müflis olur

Ukraynanın məşhur klubu müflis olur

Ukrayna Premyer Liqasında çıxış edən "Çernomorets" klubu ölkənin futbol xəritəsindən yoxa çıxa bilər.

Aktual.az report-a istinadən bildirir ki, bu barədə Odessa təmsilçisinin baş direktoru Sergey Kernitski açıqlama verib.

O bildirib ki, klub 5 il öncə "Sberbank"dan kredit götürsə də, öhdəliklərini yerinə yetirə bilmir. İndi Ukrayna ilə soyuq münasibətdə olan Rusiyanın bankı pulunu istəyir: "Biz bu borcdan imtina etmirik. Lakin ödəmək imkanımız yoxdur. Vəziyyətin bankrot həddinə çatması tam mümkündür. Çünki biz bu vəziyyətə düşmüşük".

Odessa vilayət məhkəməsi "Sberbank"ın iddiasını təmin edərək, qərara alıb ki, "Çernomorets" Rusiya bankına 1 milyard 116 milyon 147 min 383 qrivna (65 milyon manatdan çox) borcludur.

Daha böyük maliyyə problemləri ilə klubun sahibi Leonid Klimov üzləşib. Qeyri-rəsmi məlumatlarda onun dövlətə, əmanətçilərə və kreditorlara 9 milyard qrivnadan çox borclu olduğu bildirilir. Bütün bunlara əsasən, "Çernomorets"in ən yaxın müddətdə "Metallurq" (Zaporojye) və "Volın" kimi bankrot olacağı gözlənilir.

Qeyd edək ki, hazırda "Qəbələ"də çalışan baş məşqçi Roman Qriqorçuk və bir neçə futbolçu əvvəllər Odessa komandasında işləyiblər. Eyni zamanda mərhum baş məşqçi Əhməd Ələsgərov 1973 - 1977-ci illərdə "Çernomorets"ə rəhbərlik edib. 80 yaşlı klub 1961-ci ildə Ukrayna çempionu olub. Odessa təmsilçisinin aktivində 2 ölkə kuboku, 2 gümüş və 3 bürünc medal da var. Klub 2013-2014 mövsümündə Avropa Liqasının qrup mərhələsini də dəf edərək, 1/16 finala yüksəlib.

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR