Ukraynada qrip epidemiyası: Yüzlərlə ölən var

Ukraynada qrip epidemiyası:   Yüzlərlə ölən var
  • DÜNYA

Bir gün ərzində 26 nəfər ölüb.

Ukraynada 246 nəfər qrip epidemiyasının qurbanı olub.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin saytında məlumat yayılıb.

“Epidemiya mövsümünün əvvəlindən qripdən 246 ölüm hadisəsi qeydə alınıb. Ölənlərdən üç nəfərinin yaşı 17-yə qədər olanlardır.

Ən çox ölüm hadisəsi Odessa vilayətində - 40, Kiyevdə - 29, Xarkov vilayətində - 15, Çerkas və Rovensk vilayətlərinin hər birində 14 ölüm hadisəsi qeydə alınıb”, – məlumatda bildirilib.

Bir gün ərzində 26 nəfər ölüb.

Yanvar ayında Ukrayna Səhiyyə Nazirliyində qripə yoluxma nəticəsində 51 ölüm hadisəsi qeydə alınıb.

Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR