Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ

Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ

Ukraynada martın 31-də keçiriləcək prezident seçkilərinə bir həftə qalmış namizədlərin reytinq siyahısı açıqlanıb.


Aktual.az modern.az-a istinadən xəbər verir ki, Kiyev Beynəlxalq Sosioloji İnstitutunun martın 14-23-də keçirdiyi rəy sorğusuna əsasən, ikinci tur üçün hazırki prezident Petro Poroşenko, şoumen Vladimir Zelenski və Ukraynanın sabiq Baş naziri, "Batkivşina" partiyasının lideri, deputat Yuliya Timoşenkonun şansları daha yüksək qiymətləndirilib.

Namizədlərin reytinqində Zelenski (32,1 faiz), Poroşenko (17,1 faiz) və Timoşenko (12,5 faiz) prezidentliyə namizədlərin ilk üçlüyünü tamamlayıb.

Bu rada Yuliya Timoşenko namizədlər arasında Yuri Vladimiroviç Timoşenko adlı keçmiş kolxoz işçisinin olmasını özünə qarşı təxribat sayır. Onun fikrincə, ad, soyad və ata adında eynilik olan həmin şəxs qəsdən ortaya atılan namizəddir. Məqsəd isə seçki bülletenində səhvən onun yerinə həmin şəxsə səs verilməsidir.

Martın 31-də keçiriləcək prezident seçkilərində 39 namizəd mübarizə aparacaq.

Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR