Ukraynada koronavirusdan rekord sayda insan öldü

Ukraynada koronavirusdan rekord sayda insan öldü

Ukraynada ötən sutkada 31 nəfər koronavirusdan ölüb. Bu, ölkədə bir gündə qeydə alınan ən yüksək ölüm halıdır. 

 Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Şərqi Avropa ölkəsində indiyədək 943nəfər pandemiyanın qurbanı olub.
Bildirilib ki, ötən sutkada 758 nəfərə koronavirus diaqnozu qoyulub, 414 nəfər sağalıb.
Beləliklə, Ukraynada indiyədək 33 234 yoluxma faktı qeydə alınıb. Onlardan 14 942 nəfər sağalıb. 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,2 milyonu ötüb. Bunların 4,3 milyondan çoxu sağalıb, 446 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR