Ukraynada koronavirusdan ölənlərin sayı 300-ü ötdü

Ukraynada koronavirusdan ölənlərin sayı 300-ü ötdü

Ukraynada daha 418 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 12 331-ə çatıb.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 15 nəfər artaraq 303 nəfərə yüksəlib.
İndiyədək Ukraynada 1 619 nəfər koronavirusdan sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 566 000-i ötüb. Bunların 1 156 982 nəfəri sağalıb, 248 304 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR