Ukrayna yığması Azərbaycana gələcək

Ukrayna yığması Azərbaycana gələcək
  • İDMAN

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yoxlama görüşü üçün daha bir rəqibinin adına aydınlıq gəlib.

Aktual.az apasport.az-a istinadən xəbər verir ki, millimiz bu ölkənin U-17 komandası ilə qarşılaşacaq.

Yanvarın 18-24-də Minskdə "Development Cup" turnirində iştirak edəcək ukraynalılar mart ayında ölkəmizə gələcəklər. Çünki həmin ayın əvvəllərində Aleksandr Petrakovun yetirmələri yığmamızla iki yoxlama görüşündə üz-üzə gələcəklər.

Bu matçlarla hazırlığını tamamlayacaq Ukrayna millisi martın sonlarında AVRO-2016-nın elit-raundunda Finlandiya, Türkiyə və İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanda təşkil ediləcək U-17-lər arasında Avropa çempionatının final mərhələsinin oyunları bu il mayın 5-21-i aralığında keçiriləcək.

Xəbər 570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR