Ukrayna UNESCO-ya müraciət etdi

Ukrayna UNESCO-ya müraciət etdi

Ukrayna Rusiyanın hücumu nəticəsində zərər görən mədəniyyət abidələri ilə bağlı UNESCO-ya müraciət edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət və informasiya siyasəti nazirinin müavini Katerina Çuyeva onlayn brifinqdə deyib.

Ukraynalı nazir müavini bildirib ki, Rusiya ayrı-seçkilik qoymadan onun ölkəsində bütün mülki infrastrukturuna o cümlədən mədəniyyət abidələrinə zərbələr endirir. "Ölkəmizin mədəni irsini məhv etməyə çalışırlar. Mədəniyyət obyektlərinə hava zərbələri endirilir, artilleriya atəşinə məruz qalır. Çernikov, Oxtırka, Xarkovda mədəni abidələr, muzey və universitetlərin binası bombalanır."

O, ölkə ərazisində XII və XVII əsrlərə aid kilsələrin zərər gördüyünü deyib.

Katerina Çuyeva bildirib ki, Xersonda muzeydə saxlanılan eksponatların yoxa çıxması ilə bağlı məlumatlar var. "Biz Sumi və Oxtırkada mədəni abidələrin dağıdılmasının miqyası barədə hələ də tam məlumat əldə edə bilməmişik. İnformasiya toplanması ilə bağlı müəyyən çətinliklə var, çünki bəzi ərazilərdə Ukraynanın nəzarəti yoxdur və ya aktiv döyüş gedir. Ancaq indiyə qədər 60-dan çox mədəniyyət abidəsinin dağıdılması barədə dəqiq faktlar var, biz bunu təsdiqləmişik, ancaq bu yekun rəqəm deyil".

O bildirib ki, Nazirlik tarixi əhəmiyyətli mədəni və dini abidələrin dağıdılması faktları ilə bağlı onlayn platforma yaradıb.

Nazir müavini deyib ki, Ukrayna ölkənin qərbində olan mədəni abidələrin qorunmasına maliyyə yardımının ayrılması ilə bağlı və həmçinin Rusiya tərəfindən dağıdılan mədəni abidələrlə bağlı UNESCO-ya müraciət edib.

"Maliyyə məsələsi ilə bağlı hazırda danışıqlar gedir", o bildirb.

Nazir müavini qeyd edib ki Ukrayna Mədəniyyət Nazirliyi dağıdılan mədəni irs nümunələri ilə bağlı faktları toplayır. O, ölkə vətəndaşlarının da prosesə cəlb olunmalı olduğunu, dağıdılan mədəni irs nümunələrinin foto və videolarını nazirliyə göndərməyə çağırıb.

O bildirib ki, bütün bu faktlar toplanaraq Haaqa Məhkəməsinə araşdırma üçün təqdim olunacaq.
Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR