Ukrayna səfiri Ermənistan XİN-ə dəvət edilib

Ukrayna səfiri Ermənistan XİN-ə dəvət edilib

Bu gün Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba işlədiyi ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub.

"Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu barədəki açıqlamasında bildirilir:
"Ukrayna səfirini qəbul edən xarici işlər nazirinin müavini Şavarş Köçəryan ona Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan – Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanatına dair Ermənistan XİN-in mövqeyini təqdim edib”.
Xatırladaq ki, iyulun 13-də Ukrayna Xarici İşlər Nazirliyi bu məsələnin Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə əsaslanan siyasi həllinə tərəfdar olduqlarını bildirib.
Xəbər 512 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR