Ukrayna prezidenti Bakıya gəlir

Ukrayna prezidenti Bakıya gəlir

Ukrayna prezidenti Pyotr Poroşenko Bakıya yola düşüb.

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, ölkə prezidenti Pyotr Poroşenko bu gün Bakıya yola düşüb. O ölkəmizdə iki günlük səfərdə olacaq. Səfər çərçivəsində Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sazişlər imzalanacaq.

Səfər proqramına Pyotr Poroşenkonun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də baş nazir Artur Rasi-zadə və Milli Məclisin spikeri Oqtay Əsədovla görüşləri daxildir.

P.Poroşenko İlham Əliyevlə birlikdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının beşinci iclasında iştirak edəcək.

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR