Ukrayna maliyyə yardımından məhrum ola bilər

Ukrayna maliyyə yardımından məhrum ola bilər
  • DÜNYA

Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynaya yardım proqramını dayandıra bilər.


Aktual.az APA -ya istinadən xəbər verir ki, BVF-nin icraçı direktoru Kristin Laqard bununla bağlı Ukrayna hökumətinə xəbərdarlıq edib.

K.Laqard deyib ki, yardım proqramının dayandırılmasına Ukraynada korrupsiya ilə bağlı problemlərin mövcudluğu, dövlət idarəçiliyində irəliləyişin ürəkaçan səviyyədə olmaması, bəzi şəxsi maraqların siyasətə təsir göstərməsi səbəb ola bilər.

"Bu problemlər aradan qaldırılmasa yardım proqramı dayandırıla bilər. Biz Ukrayna rəhbərliyini ölkəni islahatlar yoluna qaytarmağı çağırırıq", - deyə K.Laqard bildirib.

Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR