Ukrayna hökumətinin yeni tərkibi müəyyənləşdi

Ukrayna hökumətinin yeni tərkibi müəyyənləşdi

Ukrayna Ali Radası Prezident Petro Poroşenko və yeni Baş nazir Vladimir Qroysman tərəfindən təklif olunan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, yeni Nazirlər Kabinetində xarici işlər, müdafiə və daxili işlər nazirləri öz vəzifələrini saxlayıblar.

Bu qərarı 239 deputat bəyənib.

Yeni hökumətin tərkibi üzrə səsvermə "paket" xarakteri daşıyıb, yəni namizədlər ayrı-ayrılıqda müzakirə olunmayıb.

Bu qərarı Ali Radada ən böyük fraksiyalardan bir olan "Batkivşina" qeyri-qanuni adlandırıb.

Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR