UEFA Azərbaycan klublarına daha bir şans yaratmaq istəyir

UEFA Azərbaycan klublarına daha bir şans yaratmaq istəyir
  • İDMAN

UEFA Çempionlar Liqası və Avropa Liqasının ardınca daha bir turnir təşkil etmək istəyir.

Adıçəkilən yarışlara qatıla bilməyən, həmçinin bu iki turnirin təsnifat mərhələlərində uduzan klublar üçün yaratmaq istədiyi turnir hələ plan mərhələsindədi.

Bu məsələ UEFA-nın 54 üzv ölkə federasiyasının nümayəndələrinin iştirakı ilə Maltanın Sent-Culians şəhərində keçirilən toplantısında müzakirə olunub. Bildirilib ki, digər iki turnirə qatıla bilməyən klublar bu yarışda iştirak edərək beynəlхalq arenada təcrübə əldə edəcək.

Yeni turnirin finalı Çempionlar Liqası və Avropa Liqasında olduğu kimi may ayında yoх, ilin sonunda keçiriləcək. "The Guardian" qəzeti bu turnirin 2018-ci ildən tez keçirilməyəcəyini qeyd edib.

///goal.az

Xəbər 673 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR