UEFA Avropa Liqası: "Qarabağ" Norveçdə "Molde"nin qonağı olacaq

UEFA Avropa Liqası:
  • İDMAN

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Aktual.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Norveçdə "Molde"nin qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Erik Lambrextsin başçılıq etdiyi belçikalı hakimlər briqadası idatə edəcək.
6 xala malik komandalar H qrupunda 2-3-cü yerləri bölüşdürürlər. Azərbaycan çempionu qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.
Qrupun digər matçında Almaniyanın "Bayer 04" klubu İsveçdə "Hakken"in qonağı olacaq. Bu oyun da eyni saatda başlayacaq.
UEFA Avropa Liqası
Qrup mərhələsi, V tur
00:00. "Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika).
Norveç. Molde stadionu.

Xəbər 161 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR