Türkyədə rusiyalı futbolçuları daşa basdılar

Türkyədə rusiyalı futbolçuları daşa basdılar
  • İDMAN

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bir neçə “Fənərbaxça” azarkeşi saxlanılıb.

Türkiyədə Rusiyanın “Lokomotiv” klubunun futbolçularını, məşqçi heyətini və azarkeşlərini daşıyan avtobus daş-qalaq olunub.

Məlumata görə, polis insidentə dərhal müdaxilə edərək, qarşıdurmanın baş verməsinin qarşısını alıb.  
 
“CNN Turk”ün məlumatına görə, polis “Lokomotiv” klubunun avtobusuna hücum etməyə cəhd edən bir neçə “Fənərbaxça” azarkeşini saxlayıb.
 
Qeyd edək ki, bu gün 21.00-da UEFA Avropa Liqasının 1/16 final mərhələsində “Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşacaq. 

Aktual.az




Xəbər 787 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR