Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyasının birgə reallaşdırdığı layihə əsasında Bakı şəhərində səfərdə
olan Türkiyə şəhid və qazi övladları səfər
çərçivəsində rayonda keçirilən müxtəlif tədbirlərdə iştirak
edir, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olurlar.
Qonaqlar səfər çərçivəsində
Azərbaycan Respublikasının Milli Məclisdə Heydər Əliyev Xatirə zalında olaraq Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş və
hərtərəfli məlumat almışlar. Qonaqlara muzeydəki "BÖYÜK HƏYATIN ASTANASINDA", "QAYIDIŞ:
MÜSTƏQİLLİK UĞRUNDA YENİLMƏZ MÜBARİZ", "QURTULUŞ: MÜSTƏQİL
DÖVLƏTİN XİLASKARI VƏ QURUCUSU", "AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ BƏRPA
OLUNACAQDIR" və digər stendlədəki materiallar
barədə məlumatlar verildi.
Sonra qonaqlar Milli Məclisin inzibati binası ilə yaxından tanış olmuşlar.
YAP Nəsimi rayon təşkilatının inzibati binasında olan
qonaqlara rayon təşkilatının Sədri, Millət vəkili Məlahət İbrahimqızı Yeni
Azərbaycan Partiyasının yaranmasından, keçdiyi tarixi yoldan, müstəqil
Azərbaycanımızın inkişaf və tərəqqisində YAP-nın rolundan geniş danışaraq, Ulu
öndər Heydər Əliyev tərəfindən yaradılan partiyanın bu gün aparıcı bir qüvvə
olduğunu xüsusi qeyd edərək partiyanın cəmiyyətdəki nüfuzu barədə məlumat
verdi.
Respublika Velotrekində olan qonaqlar dünyada və
Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən Velosiped muzeyi
ilə tanış olub, Velotrekdə velosipedçilərin məşqini izləyib, həmçinin özlərinin
velosiped sürmək bacarıqlarını nümayiş etdiriblər.Velotrekdən qonaqlar xoş
təəssüratla ayrılmışlar.
Xəbər 251 dəfə oxunub.