Türkiyənin ən varlı şəxsləri bunlardır

Türkiyənin ən varlı şəxsləri bunlardır

Forbes jurnalı Türkiyənin ən varlı şəxslərinin siyahısını hazırlayıb.

Aktual.az Ölkə.az-a istinadən  xəbər verir ki, bu il qlobal böhranla əlaqədar olaraq türk milyarderlərin və onların şirkətlərinin qazancı azalıb.

Siyahıda birinci yeri "Yıldız Holding"in prezidenti Murad Ülker tutur. Onun sərmayəsi 2,9 milyard dollar həcmindədir.

İkinci yeri 2,6 milyard dollarla "Fiba Group"un prezidenti Hüsnü Özyegin tutur.

Üçüncü yeri 2,4 milyard dollarla "Doğuş Holding"in rəhbəri Fərid Şahəng tutur.

Forbes həm də Türkiyənin ən varlı ailələlərini müəyyən edib.

Birinci yeri 8,74 milyard dollarla Koç ailəsi, ikinci yeri 6,2 milyard dollarla Sabançı ailəsi, üçüncü yeri 4,9 milyard dollarla Şahəng ailəsi, dördüncü yeri 4,77 milyard dollarla Ülker ailəsi, beşinci yeri isə 3,1 milyard dollarla Arkas ailəsi tutub.

Xəbər 715 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR