Türkiyədən Rusiyaya viza QADAĞASI

Türkiyədən Rusiyaya viza   QADAĞASI

Türkiyə xidməti işlə bağlı ölkəyə səfər edəcək Rusiya vətəndaşlarına viza tətbiq edib.

Aktual.az modern.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Moskvadakı səfirliyi məlumat yayıb.

"Aprelin 15-dən etibarən Türkiyəyə xidməti pasportla daxil olan Rusiya vətəndaşlarına qarşı viza rejimi tətbiq olunacaq".

Bununla belə, ümumvətəndaş və diplomatik pasportu olan Rusiya vətəndaşları üçün vizasız rejim öz gücünü saxlayacaq.

Artıq Rusiya Xarici İşlər Nazirliyi Ankaraya qarşı cavab tədbirləri həyata keçirəcəyini bildirib.

Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR