Türkiyədən ABŞ-a çox sərt cavab: "Ermənilərə görə..."

Türkiyədən ABŞ-a çox sərt cavab:

Türkiyə XİN ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələri ilə bağlı verdiyi bəyanatda erməni dilində "böyük fəlakət" ifadəsini işlətməsinə sərt reaksiya verib.

Aktual.az ölkə.az-a istinadən bildirir ki, Türkiyə XİN-in açıqlamasında deyilir: "ABŞ prezidenti Barak Obamanın 1915-ci il erməni uydurmaları ilə ilə bağlı bəyanatında ermənicə "böyük fəlakət" ifadəsinin işlətməsi ilə əlaqədar ABŞ rəhbərliyini tarixi həqiqətləri ədalətin işığında görərək, bütün tərəflərin ağrılarını nəzərə alan, tərəfsiz və konstruktiv mövqe tutmağa dəvət edirik".

Obama yenə də soyqırım demədi

Nazirlik tərəfindən məsələyə dair verilən yazılı açıqlamada hər il bu ərəfələrdə üçüncü ölkələrin siyasi baxımdan maraq güddüyü dairələrin o dövrdə baş verən ortaq ağrılara hörmətsizlik etdiyi ifadə edilib. ABŞ rəhbərliyini obyektiv münasibət göstərməyə dəvət edən Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi açıqlamanın tam mətnini təqdim edirik:

"ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələri haqqında 22 aprel 2016-cı il tarixində verdiyi bəyanat I Dünya Müharibəsi vaxtı yaşananların və acıların tək tərəfli bir tarix olaraq qiymətləndirilməsinin yeni bir nümunəsidir. Türkiyə dövləti türk və erməni xalqları arasında çoxəsrlik birgə yaşama təcrübəsinin olduğundan, sülh içində ortaq bir gələcək inşa etmə arzusunu səmimiyyətlə ortaya qoyur. Dost və müttəfiq ölkələrin bizim bu çağırışımıza dəstək vermək əvəzinə münaqişəni dərinləşdirməyə yönəlik addımları məyusedicidir. Bu günə qədər tarixdə yaşanan acıları siyasətə alət etməyə yönəlik səylərin heç kəsə fayda gətirmədiyi bir həqiqətdir. Belə bir halda, hər il müəyyən tarixlərdə üçüncü ölkələrin göstərdikləri siyasi mövqelərdən mənfəət çıxarmağa çalışan dairələr, dostluq və sülh ümidini zəiflətməklə kifayətlənməyib, o dövrdə baş verən ortaq ağrılara da bir növ hörmətsizlik edir. Bu çərçivədə, ABŞ rəhbərliyini tarixi həqiqətlərə ədalətli yanaşmağa, bütün tərəflərin ağrılarını nəzərə alan, tərəfsiz və konstruktiv mövqe tutmağa dəvət edirik".

Xəbər 1346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR