Türkiyədə əmlaka sahib olan Azərbaycan vətəndaşlarının sayı 56% artıb

Türkiyədə əmlaka sahib olan Azərbaycan vətəndaşlarının sayı 56% artıb

Bu ilin fevral ayında Azərbaycanın 105 vətəndaşı Türkiyədə əmlaka sahib olub.

"Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin fevral ayına nisbətən 42 vahid və yaxud 66,67% çoxdur.
Yanvar-fevralda isə Azərbaycanın 200 vətəndaşı Türkiyədə mənzil alıb. Bu da illik müqayisədə 72 vahid və yaxud 56,25% azdır.
Ümumilikdə fevral ayında 3 357 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da ötən ilin fevral ayına nisbətən 1 599 vahid və yaxud 91% çoxdur.
Yanvar-fevralda isə Türkiyədə xarici vətəndaşlara 6 557 mənzil satılıb ki, bu da ilik müqayisədə 3 039 vahid və yaxud 86,4% çoxdur.
Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Bu ilin fevral ayında iraqlılar Türkiyədən 628, bu ilin iki ayında isə ümumilikdə 1 233 mənzil əldə edib. 
Siyahıda sonrakı yeri İranlılar tutur. Bu ölkənin vətəndaşları fevralda 307, yanvar-fevraldaisə 612 mənzil alıblar.
İlk 3-lüyü Rusiya tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 236 mənzil, bu ilin ilk iki ayı ərzində isə 431 mənzil əldə ediblər.
Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR