Türkiyədə əməliyyat - 5 terrorçu zərərsizləşdirildi

Türkiyədə əməliyyat - 5 terrorçu zərərsizləşdirildi

Türkiyənin mərkəzi əyalətində İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib.

Aktual.az "Trend”ə istinadən xəbər verir ki, əməliyyat Konyada keçirilib. Konya polsinin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 4 polis əməkdaşı yaralanıb.

Şəhərin Meram rayonunda terrorçuların olduğu evə polisin əməliyyat hücumu zamanı atışma baş verib. Terrorçular məhv edildikdən sonra mənzildən 5 Kalaşnikov avtomatı, çox sayda silah-sursat aşkar edilib.

Hazırda meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
 
Aktual.az 
Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR