2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 374 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117 ədəd çoxdur.
Aktual.az Trend-ə istinadən bildirir ki, aprel ayında Azərbaycan vətəndaşları bu ölkədə 87
daşınmaz əmlak əldə edib ki, bu da 2018-ci ilin aprel ayı ilə müqayisədə 19 ədəd çoxdur.
Türkiyə Statistika Təşkilatının son hesabatına əsasən, ümumilikdə aprel ayında Türkiyədə 84,4 min
daşınmaz əmlak obyekti satılıb. Məlumata görə, bunlardan 3,7 mini əcnəbi vətəndaşlar tərəfindən əldə olunub.
Xəbər 252 dəfə oxunub.