Türkiyədə 261 terrorçu öldürüldü

Türkiyədə 261 terrorçu öldürüldü
  • DÜNYA

Türkiyənin Cizre, Sur və Silopi bölgələrində bu günədək 261 PKK terrorçusu öldürülüb.


Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Şırnakın Cizre rayonunda davam edən əməliyyat zamanı 3 silahlı zərərsizləşdirilib, 3 təşkilat mənsubu sağ ələ keçirilib. Sözügedən bölgədə öldürülən terrorçuların sayı 179-a çatıb.

Silopidə aparılan əməliyyatda isə 5 terrorçu zərərsizləşdirilib. Silopidə məhv edilən terrorçuların ümumi sayı 27 olub.

Diyarbəkir Sur rayonunda dünən keçirilən əməliyyatda bir terrorçu zərərsizləşdirilib, üç barrikada məhv edilib. Əməliyyatlarda 55 PKK silahlısı zərərsizləşdirilib.

Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR