Türkiyə yeni müdafiə sistemi yaradır - Raket əleyhinə

Türkiyə yeni müdafiə sistemi yaradır   - Raket əleyhinə

Türkiyə milli Raket Əleyhinə Müdafiə (RƏM) sistemini yaradacaq.

Aktual.az-ın AzNews.az-a istinadən məlumatına görə, bu barədə bu barədə Türkiyə Müdafiə Sənayesi Nazirliyinin müdafiə sənayesi katibi İsmayıl Dəmir “Hürriyət” qəzetinə müsahibəsində məlumat verib.

Ötən ilin noyabr ayında Türkiyənin 3,4 milyard dollar dəyərində RƏM sistemi üçün komponentlərin istehasalı ilə bağlı tenderi rəsmi olaraq ləğv etdiyini xatırladan İ. Dəmir bunun milli RƏM sistemi layihəsini hazırlamaq qərarı ilə əlaqəli olduğunu qeyd edib: “Biz layihəni deyil, tenderin nəticələrini ləğv etdik. Tezliklə biz Roketsan və Havelsan da daxil olmaqla yerli şirkətlərin iştirak edəcəyi yeni mərhələyə daxil olacağıq. Əhatə dairəsini getdikcə genişləndirməklə kiçik, orta və böyük məsafəli sistemlərin hazırlanmasını davam etdiririk. Birbaşa satınalma həyata keçirməyəcəyik. Bizim tərəfimizdən işlənən RƏM sistemi NATO sisteminə birləşdiriləcək. Hesab edirik ki, NATO ilə birgə iş prosesi sürətləndirəcək”.

Onun sözlərinə görə, Türkiyənin məqsədi müdafiə təyinatlı məhsulun və onun strateji vacib komponentlərinin 100 faizlik yerli istehsalına nail olmaqdır.

“Türkiyənin öz müdafiə sənayesini inkişaf etdirməyə gec başlamasına baxmayaraq, indi o, 15 milyard dollar həcmində məhsul buraxır. Bu sahədə 35 mindən çox insan çalışır”, - deyə İ.Dəmir bildirib.

Müdafiə sənayesi katibi onu da əlavə edib ki, Türkiyənin müdafiə ixracı hazırda təminən 1,67 milyard dollar təşkil edir və yaxın 7 il ərzində rəsmi Ankara bu rəqəmi 25 milyarda qədər artırmaq niyyətindədir.

Xatırladaq ki, Türkiyə 2009-cu ildə RƏM sistemi üçün komponentlərin alınmasına dair tender elan edib. 2013-cü ilin sentyabrında Çinin CPMIEC şirkəti qalib elan olunub. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.

Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR