Türkiyə və Rusiya olimpiyadadan uzaqlaşdırıldı

Türkiyə və Rusiya olimpiyadadan uzaqlaşdırıldı

Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından 14 komandanı diskvalifikasiya edib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, buna səbəb komandaların Avropa Basketbol Liqaları Birliyinin (ULEB) keçirdiyi Avroliqa və Avropa Kuboku turnirlərində iştirak etmələri olub.

Xəbəri təsdiq edən FIBA-nın mətbuat katibi Sakis Kontos deyib ki, Rusiya, Serbiya, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Monteneqro, İspaniya, Türkiyə, Litva, Yunanıstan, İtaliya, İsrail, Makedoniya və Polşanın kişilərdən ibarət yığma komandaları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

O, əlavə edib ki, həmin ölkələrin komandları eyni zamanda Avropa çempionatında da iştirak etməyəcək.

Xəbər 1024 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR