Türkiyə şübhəli bilinən 2337 əcnəbini deportasiya etdi

Türkiyə şübhəli bilinən 2337 əcnəbini deportasiya etdi

Türkiyə Suriya və İraqa terrorçuların keçdiyi ölkə olaraq qalmaqdadır.

Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizə sahəsindəki vəziyyətə dair illik hesabatında deyilir.

"Türkiyə - Suriya və İraqda bu və digər qruplaşmalara qoşulmaq istəyən əcnəbi terrorçular və silahlılar üçün mənbə və tranzit ölkədir", - deyə sənəddə söhbətin İŞİD və "Cəbhət ən-Nüsrə" qruplaşmalarından getdiyi qeyd olunub.

Bununla belə, ABŞ qeyd edir ki, Türkiyə ölkə ərazisində terror fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən şəxslərlə mübarizə tədbirlərini gücləndirib.

Dövlət Departamentinin məlumatına görə, 2015-ci ildə Türkiyədən əcnəbi silahlı olduğu şübhəli bilinən 85 ölkənin 2337 vətəndaşı deportasiya edilib.

Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR