Türkiyə Paraqvayda öz səfirliyini açacaq

Türkiyə Paraqvayda öz səfirliyini açacaq
  • DÜNYA

Türkiyə Paraqvayda öz səfirliyini açacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir: "Türkiyə Asunsyonedə öz səfirliyinin açılması üçün zəruri hüquqi prosedurları başa çatdırıb və Armaqan İnci Ersoy bizim ilk səfirimiz seçilib. Paraqvay da, gözlənildiyi kimi, lazımi prosedurları tezliklə başa çatdıracaq".

Qeyd edilir ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Nyu-Yorkda BMT Baş Assamleyasının 73-cü sessiyası çərçivəsində paraqvaylı həmkarı Luis Alberto Kastiloni ilə görüşüb: "Görüş zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün siyasi iradənin olduğu təsdiqlənib".

Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR