Türkiyə ordusunun İraqda şəhid olan hərbçilərinin sayı 3-ə çatıb

Türkiyə ordusunun İraqda şəhid olan hərbçilərinin sayı 3-ə çatıb

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pençe-Yıldırım” adlı antiterror əməliyyatı zamanı şəhid olan türk hərbçilərinin sayı üçə çatıb.

"Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, orduda müqavilə əsasında xidmət edən sıravi əsgər Mustafa Çalım terrorçularla atışmada, Quru Qoşunlarının leytenantı Mehmet Kıvık əldəqayıma partlayıcının partladılması nəticəsində şəhid olublar.

Əməliyyat zamanı yaralanan daha bir hərbçi isə hospitalda vafat edib.
Xəbər 27 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR