Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu şəhid verdi
  • DÜNYA

İraqın şimalında PKK terror təşkilatının silahlıları tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.

Bu barədə Aktual.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hərbçi "Pençe-Şimşek” kontr-terror əməliyyatının keçirildiyi zonada ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, Türkiyə Silahlı Qüvvələrinin cavab atəşi ilə qruplaşmanın üç yaraqlısı zərərsizləşdirilib.

Türkiyə ordusunun regionda kontr-terror əməliyyatı davam edir.
Xəbər 913 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR