Türkiyə ordusu İŞİD-i bombaladı

Türkiyə ordusu İŞİD-i bombaladı
  • DÜNYA

Türkiyə Silahlı Qüvvələri İŞİD terror qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib. 

Aktual.az APA-ya istinadən xəbər verir ki, zərbələr ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın əməliyyatı çərçivəsində endirilib. 

Məlumata görə, İŞİD-in Hələb şəhərindən 40 km şimalda yerləşən mövqelərinə 60-dək mərmi atılıb. Terrorçulara məxsus bir çox hədəflərin məhv edildiyi bildirilir.

Qeyd edək ki, Suriyada fevralın 27-dən etibarən atəşkəs rejimi rəsmən qüvvəyə minib. 

Atəşkəs rejimi “Cəbhə ən-Nüsrə”, İŞİD və bir neçə terror qruplaşmalarına şamil edilmir. 

// Aktual.az

Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR