Türkiyə ilə Ukrayna birlikdə silah-sursat istehsal edəcəklər

Türkiyə ilə Ukrayna birlikdə silah-sursat istehsal edəcəklər
  • DÜNYA

Türkiyə ilə Ukrayna birlikdə silah istehsal edəcək.

Aktual.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə müdafiə sənayesinin başçısı İsmayıl Dəmir ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Turçinov arasında razılıq əldə edilib.

Ukraynada keçirilən görüşdə Oleksandr Turçinov Türkiyəni ölkəsi üçün strateji müttəfiq olaraq gördüklərini vurğulayıb.

Tərəflər silah-sursat istehsalında birlikdə çalışacaqlarını qeyd ediblər.
Rəsmilər təyyarə mühərriki, tank, zirehli maşın, radar və başqa texnikaların birgə istehsalında ortaq layihələr həyata keçirəcəklərini bildiriblər.

Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR