"Türkiyə bu qərarı qəbul etmir" – Binali Yıldırım


Türkiyənin baş naziri Binali Yıldırım Almaniya Bundestaqının “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsinə reaksiya bildirib.

AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yıldırım Türkiyənin bu qərarı əsla qəbul etməyəcəyini bildirib.

“Türkiyə əsla bu qərarı qəbul etmir. Keçmişimiz hamıya bəllidir”, - deyə Binali Yıldırım bildirib.

Qeyd edək ki, bu gün Almaniya Bundestaqı qondarma `erməni soyqırımı` ilə bağlı qətnaməni qəbul edib.

Alman deputatlardan biri nəfər qətnamənin əleyhinə səs verib, bir deputat isə bitərəf olub.

Xatırladaq ki, qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır.

Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR