Yaşar
Kələntərli: "O ayaq basdığı hər yerə ədalət gətirir, məzlumları qoruyur,
zalımlara isə layiq olduqları cəzanı verir”
Bu
gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İcra Aparatı, İdarə
Heyəti, MNTK və bir sıra rayon təşkilatlarının təmsilçiləri Qafqaz İslam
Ordusunun qəhrəman əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni və
Şəhidlər Xiyabanını ziyarət ediblər.
Abidə
önünə əklil qoyulub, şəhidlərin ruhuna dualar oxunub.
Ziyarət
zamanı çıxış edən BAXCP-nin Baş katibi Yaşar Kələntərli bildirib ki, 1918-ci
ilin mayında Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Qafqaza
gəlməsi, Azərbaycan xalqını erməni və bolşevik hərbi birləşmələrinin
soyqırımından xilas etməsi danılmaz tarixi faktdır. Ermənilər isə qondarma
iddialarla çıxış edərək, Qafqazda və daha geniş coğrafiyada yaşayan xalqları
ermənilərin törətdiyi insanlıq əleyhinə cinayətlərdən xilas edən Türk xalqını
heç bir əsas olmadan soyqırımında ittiham edirlər. Qafqaz İslam Ordusunun
qəhrəman əsgər və zabitlərinin öz həyatları bahasına Azərbaycanda, Dağıstanda
yaşayan xalqları ermənilərin qanlı, amansız cimayətlərindən xilas etməsi sübuta
yetirir ki, türk əsgəri xilaskardır. O ayaq basdığı hər yerə ədalət gətirir,
məzlumları qoruyur, zalımlara isə layiq olduqları cəzanı verir.
Yaşar
Kələntərlidən sonra BAXCP Ali Məclsinin sədri, tarixçi alim Vaqif Abışov Qafqaz
İslam Ordusunun keçdiyi yoldan, türk əsgər və zabitlərinin misilsiz
qəhrəmanlıqlarından söhbət açıb.
Daha
sonra BAXCP təmsilçiləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
şəhid olan soydaşlarımızın məzarlarını ziyarət ediblər, Əbədi Məşəlin önünə
əklik qoyublar, şəhidlərin ruhuna dualar oxuyublar.
Xatırladaq ki, 2007-ci ildən
başlayaraq, BAXCP hər il aprelin 24-nü Xikaskar Türk Əsgərinin Anım günü kimi
qeyd edir.
Xəbər 543 dəfə oxunub.