Turistlər üçün 12 dildə danışan "qaynar xətt"

Turistlər üçün 12 dildə danışan
  • DÜNYA

Hindistanda xarici turistlər üçün 12 dildə fəaliyyət göstərən xüsusi "qaynar xətt" açılıb.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Turizm Nazirliyi məlumat yayıb.

Turistlər bu ölkədə səfərdə olarkən günün istənilən vaxtı "qaynar xətt"ə zəng vuraraq ingilis, ərəb, rus, fransız, italyan, çin, ispan, alman və digər dillərdə lazımi məlumat əldə edə bilərlər.

1800111363 və ya 1363 nömrələrinə zəng vurmaqla səfər haqqında düzgün məlumat almaq və ya hər hansı çətinliyə düşərkən kömək istəmək də mümkündür.

Nazirlik yaxın vaxtlarda xüsusi mobil proqramı istifadəyə verməyi də planlaşdırır. Turistlər "Incredible India" adlı proqram vasitəsilə Hindistan haqqında bütün məlumatları əldə edəcəklər.

Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR