“Tsıqan” ləqəbli kriminal avtoritet Azərbaycana təhvil verilib

“Tsıqan” ləqəbli kriminal avtoritet Azərbaycana təhvil verilib

Rusiyada qətldə təqsirləndirilən şəxs Azərbaycana təhvil verilib.

Aktual.az-ın Report-a istinadən verdiyi məlumata görə, Rusiyada həbs edilən Elmir Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi barədə işinə baxılacaq.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmə iclası sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunub.

O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə “Tsıqan” (qaraçı) ləqəbi ilə tanınır.

 

Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR