Tramp “yeni dövr”ün başlamasına dair administrasiyaya göstəriş verib

Tramp “yeni dövr”ün başlamasına dair administrasiyaya göstəriş verib
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp silahlara nəzarətdə keçmiş ikitərəfli razılaşmalara aid olmayan "yeni dövr”ün başlamasına dair administrasiyaya göstəriş verib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında yayılan bəyanatda bildirilib.
"Yaranmış fürsətdən istifadə edərək Çin və Rusiyanı ölkəmiz və bütün dünya üçün həqiqi təhlükəsizliyi naminə bizə qoşulmağa çağırırıq”, – deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması prosesi bu gün başa çatır.
Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi üzrə müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb.
2018-ci ilin oktyabrında ABŞ prezidenti Donald Tramp Vaşinqtonun bu razılaşmadan geri çəkildiyini bildirib.


Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR