Tramp “Twitter”dən istifadə etməsinin səbəbini açıqlayıb

Tramp “Twitter”dən istifadə etməsinin səbəbini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp "Twitter”dən istifadə etməsinin səbəbini açıqlayıb.

APA-nın xəbərinə görə, D. Tramp "C-Span” telekanalına müsahibəsində bildirib ki, mətbuatın hücumundan qorunmaq üçün "Twitter”dən istifadə edir.
"Əgər mətbuat barəmdə qərəzsiz yazılar yayımlasaydı, o zaman "Twitter”də yazmağıma ehtiyac qalmazdı. Lakin onlar barəmdə düzgün məlumatlar yazmırlar. "Twitter” mənim üçün yeganə müdafiə üsuludur”, – ABŞ Prezidenti vurğulayıb.
D. Tramp qeyd edib ki, Prezident olduğu 2 il yarım müddət ərzində ən böyük məyusluğu medianın onun haqqında yazdıqları ilə bağlıdır: "Bu, məni çox məyus edir, çox təəccübləndirir. Qələbənin əhəmiyyətindən asılı olmayaraq, media fəaliyyətimi düzgün işıqlandırmır. Elə bu səbəbdən də "saxta xəbər” ifadəsi yaranıb”.
 
Aktual.az
Xəbər 218 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR