Tramp Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini nəzərdən keçirəcək

Tramp Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini nəzərdən keçirəcək

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yenilənmiş qanun layihəsini nəzərdən keçirəcəyini bildirib.
Aktual.az xəbər verir ki, bu barədə o, İraqın Baş naziri Əli əz-Zeydi ilə Ağ Evdə keçirdiyi görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp əvvəlcə qanun layihəsinin qəbul olunma ehtimalını yüksək qiymətləndirib.
"Bunun baş verməsi üçün yaxşı şans var”, - deyə ABŞ Prezidenti bildirib.
Lakin o, Rusiyanın əsas ticarət tərəfdaşlarına, o cümlədən Hindistan və Çinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini dəstəkləyib-dəstəkləmədiyi barədə suala cavab olaraq bu məsələnin hələ müzakirə olunmadığını bildirib.
"Mən bu məsələni nəzərdən keçirməliyəm. Bu, hələ müzakirə edilməyib”, - deyə Tramp vurğulayıb.
O əlavə edib ki, qanun layihəsinin əsas təşəbbüskarlarından biri senator Lindsi Qrem olub və bu təşəbbüs onun üçün xüsusi əhəmiyyət daşıyırdı.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR