"Tramp prezident seçilməyəcək" - Obamadan etiraf

  • DÜNYA

ABŞ prezidenti Barak Obama hesab edir ki, milyarder Donald Tramp prezident seçkilərində məğlub olacaq.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Obama Kaliforniyada keçirilən ABŞ –Cənub Şərqi Asiya ölkələri Assosiasiyasında çıxışı zamanı bildirib.

“Mən hesab edirəm ki, Tramp prezident seçilməyəcək, çünki ABŞ xalqına inanıram. Əminəm ki, insanlar ağıllı seçim edəcəklər”, - deyə Obama vurğulayıb.

ABŞ prezidentinin sözlərinə görə, prezidentlik ciddi işdir və bunun tok-şoularla bənzərliyi yoxdur: “Bəzən heç də hamının xoşuna gəlməyən qərarlar qəbul edirsən”.

Obama, həmçinin demokratlar – Hilari Klinton və Berni Sandersin təvvişqat kampaniyasını da şərh edib: “Hesab edirəm ki, bəzi məsələlərdə Klintonla oxşar baxışlarımız var. Eyni zamanda senatorla da digər məsələlərlə bağlı razılaşmalar ola bilər”.

Obama Klintonu Sandersdən daha yaxşı tanıdığını bildirib: “O, görkəmli dövlət katibi olub”.

Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR