Tramp İŞİD liderini təqib edən iti Ağ Evə dəvət edib – FOTO

Tramp İŞİD liderini təqib edən iti Ağ Evə dəvət edib – FOTO
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi üzrə əməliyyata kömək etmiş iti Ağ Evə dəvət edib.


"Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən "The New York Times” məlumat yayıb.

Adı açıqlanmayan rəsmi şəxsin mətbu orqana verdiyi məlumata görə, ABŞ prezidenti iti görmək istəyib. Bundan əvvəl isə Tramp özünün "Twitter”dəki səhifəsində itin fotosunu paylaşaraq onun xidmətlərini qeyd edib.

Qeyd edək ki, it əməliyyat zamanı yüngül yaralanıb və hazırda bərpa dövrünü keçir.

Bəzi məlumatlara görə, itin ləqəbi"Konan”dır. Onu Amerikanın komik ustası Konan O Brayenin adı ilə belə adlandırıblar.

Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR