Tramp: İran həqiqətən də razılaşma əldə etmək istəyir

Tramp: İran həqiqətən də razılaşma əldə etmək istəyir

İran həqiqətən də razılaşma əldə etmək istəyir, amma məni tənqid edənlər danışıqları çətinləşdirir.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz "Truth Social” hesabında bildirib.
"İran həqiqətən də razılaşma əldə etmək istəyir və bu, ABŞ və bizimlə olan tərəflər üçün yaxşı saziş olacaq. Amma demokratlar və guya vətənpərvər olan bəzi respublikaçılar başa düşmürlər ki, siyasi avantüristlər fasiləsiz şəkildə mənim daha tez, ya da daha yavaş hərəkət etməli olduğumu, müharibəyə başlamalı və ya başlamamalı olduğumu deyərək mənfi açıqlamalar verdikcə, mənim işimi düzgün görməyim və danışıqlar aparmağım daha da çətinləşir. Sadəcə arxanıza söykənin və rahat olun, sonda hər şey yaxşı olacaq — həmişə olduğu kimi”, — Prezident Tramp qeyd edib.
Xəbər 25 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR