Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləyib.
Aktual.az xəbər verir ki, 4009 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Onlardan 4003 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən müharibəsində itkin düşmüş şəxslərdir.
I Qarabağ müharibəsində itkin düşən 4003 nəfərdən 3221 nəfəri hərbçilər, 782 (71 uşaq, 288 qadın, 319 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3714 nəfər kişi, 289 nəfər isə qadındır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş 226 nəfər itkin-şəhidin şəxsiyyəti müəyyən edilərək dəfn olunması üçün ailələrinə təhvil verilib.
Xəbər 39 dəfə oxunub.