Tramp: "Corc Buş Şərqi cəhənnəmə çevirdi"

Tramp:
  • DÜNYA

İraqın işğal edilməsi ABŞ tarixinin ən pis qərarıdır.


Aktual.az axar.az-a istinadən bildirir ki, bunu CNN televiziyasında çıxışı zamanı Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp söyləyib. Onun sözlərinə görə, oğul Buş atasının yürütdüyü siyasəti bitirmək üçün İraqa müdaxilə etdi:

"Məhz İraqa müdaxilə dünyadakı bir sıra problemlərin əsas səbəbi oldu. İşğal İŞİD, Liviya, Suriya xaosunu yaratdı. Mən istəmirəm ki, bunlar yenidən təkrar olunsun".

Qeyd edək ki, bundan öncə Tramp eks-prezident Corc Buşu yalançı adlandırıb.

Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR