Tramp bayram qabağı Ağ evdə jurnalistləri qəbul etməyəcək

Tramp bayram qabağı Ağ evdə jurnalistləri qəbul etməyəcək
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp yeni il qabağı Ağ evdə KİV nümayəndələrinin ənənəvi qəbulunu və ziyafəti ləğv edib.


Aktual.az report-a istinadən xəbər verir ki, məlumatı "Fox" televiziyası yayıb.

"Bu il qarfikə mətbuat üçün yeni il ziyafəti daxil edilməyib. Ancaq Ağ evə bayramqabağı ekskursiya etmək istəyən jurnalistlər və ailə üzvlərinin təklifi reallaşdırılacaq", - Ağ evdən bildirilib.

Ötən il Donald Tramp xanımı Melana Trampla birlikdə jurnalistləri qəbul etsə də, qonaqlarla birlikdə şəkil çəkdirmək istəməmişdi.

Qeyd edək ki, KİV nümayəndələrinin yeni il qabağı Ağ evdə qəbulu ənənəsini ABŞ-ın 30-cu prezidenti Kalvin Kulica qoyub. O, 1923-1929-cu illərdə ABŞ-ın prezidenti olub. 

 
Aktual.az
Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR