Toyota 3 milyon avtomobilini geri qaytarır

Toyota 3 milyon avtomobilini geri qaytarır
  • DÜNYA

Toyota şirkəti 2,9 milyon avtomobilini geri çağırır.

Aktual.az anspress-ə istinadən bildirir ki, Yaponiya avtomobil istehsalçısı Toyota təhlükəsizlik kəməri problemi səbəbindən dünya üzrə 2,9 milyon avtomobilini geri çağıracağını açıqlayıb. Şirkətdən verilən açıqlamaya görə, təhlükəsizlik kəmərlərinin kreslo kənarlarına bərkidilən bəzəkli metal hissələri insanlar üçün zərərli ola bilər.

Geri çağırılacaq avtomobillər, əsasən, Şimali Amerika, Avropa, Çin, Yaponiyadadır. Bundan başqa 307 min avtomobil dünyanın digər ayrı-ayrı ölkələrində satılıb.

Şirkət avtomobilləri geri çağırmaqla onların xətalı hissələrini düzəldib qarşılığında heç bir ödəniş almadan qüsursuz şəkildə istehlakçılara qaytaracaq.

"Toyota Motor Corporation" - minivenlərdən böyük yük maşınılara qədər müxtəlif ölçülü avtomobil istehsal edən dünyanın ən böyük avtomobil şirkətlərindən biridir.

Bu ilin əvvəlindən daha nəhəng avtomobil şirkəti "Volkswagen" öz avtomobillərini geri çağırıb. Bu barədə şirkətin rəhbəri Matias Müller məlumat verib. Onun sözlərinə görə, şirkətə məxsus avtomobillərin bir sıra modelləri atmosferə zərərli maddələr buraxır. Müller bildirib ki, dizel mühərriki ilə işləyən 11 milyon avtomobil və mikroavtobusların, sadəcə, proqram təminatını yeniləmək lazımdır. Bundan başqa, maşınlara yeni ehtiyat hissələri quraşdırılmalıdır.

Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR